Serb vaqnerçilər həbs ediləcək


Serbiya prezidenti Aleksandr Vuçiç bildirib ki, “Vaqnerçi”yə çevrilmiş həmvətənləri vətənə gələn kimi həbs olunacaqlar. Dövlət başçısının sözlərinə görə , “dost ölkələr” (Rusiya nəzərdə tutulur – qeyd) bunu etməməlidir.


“Ukraynada döyüşmək üçün işə götürülən serblər vətənə qayıdanda və bizim qurumların əli çatan kimi həbs olunacaqlar”, - AFN.az yerli mediaya istinadən xəbər verir ki, Vuçiç belə deyib.
Serbiya prezidentinə “Vaqner”in hərəkətləri barədə sual verildikdə o, əsəbiləşib. Vuçiç bildirib ki, bu muzdlu hərbi şirkətin Serbiya ərazisində fəaliyyətinə ehtiyacı yoxdur. Nəşr qeyd edir ki, Vuçiçin bu özəl şirkətin muzdlularına münasibəti onların bu ilin fevralın 16-da törətdikləri əməllərə görə mənfidir.
Həmin vaxt Belqraddakı serb millətçiləri və rusiyayönlü fəallar Kosovo ilə münasibətlərin normallaşması prosesini dayandırmağı tələb ediblər. Etirazçılar hətta Vuçiçi siyasətinə görə öldürməklə hədələyiblər. Həmin mitinqin təşkilatçısı saxlanılıb. Onun ifrat sağçı lider Damian Knejeviç olduğu üzə çıxıb. O, "Vaqner" şitkəti tərəfindən serb könüllülərin işə götürülməsini açıq şəkildə dəstəkləyir.
Vuçiç bu fəalları “anti-serb” adlandırıb və onların çox güman ki, Rusiya Federasiyası tərəfindən maliyyələşdirildiyini deyib.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu