İtaliya NATO hədəfinə çatmaq üçün müdafiə büdcəsini artırır


İtaliya NATO-nun müəyyən etdiyi hədəflərə çatmaq üçün müdafiə xərclərini artırmağa davam edəcək.

AFN.az xəbər verir ki, bunu İtaliyanın müdafiə naziri Quido Krosetto “The National” qəzetinə müsahibəsində deyib.

Nazirin sözlərinə görə, müdafiə sahəsi üçün ayrılan vəsait artırılacaq. O bildirib ki, əsas məsələ bu vəsaitin hər gün dəyişən təhlükələrə qarşı real müdafiə imkanları yaratmaq üçün necə xərclənməsidir.

Krosetto müdafiə büdcəsində pilotsuz uçuş aparatlarına qarşı mübarizə, süni intellekt və inteqrasiya olunmuş hava hücumundan müdafiə sistemlərinin inkişafına daha çox diqqət yetirilməsinin vacibliyini vurğulayıb.

İtaliya yaxın onillikdə müdafiə xərclərini NATO-nun müəyyən etdiyi ÜDM-in 5 faizi səviyyəsinə çatdırmağı planlaşdırır. NATO ölkələri 2035-ci ilədək müdafiə və təhlükəsizlik xərclərini bu səviyyəyə yüksəltmək barədə razılığa gəlib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu