Rutte: NATO ölkələri müdafiəyə yatırımları artırmalıdır


NATO-nun baş katibi Mark Rutte Avropadakı hərbi müəssisələrdə baş verən bir sıra hadisələr fonunda alyans ölkələrini müdafiə xərclərini artırmağa çağırıb.

AFN.az xəbər verir ki, Rutte bunu NATO-nun mənzil-qərargahında Litvanın Baş naziri Mindauqas Sinkeviçyusla birgə keçirdiyi mətbuat konfransında deyib.

Rutte Avropa ölkələrində müdafiə müəssisələrində baş verən hadisələrlə bağlı narahatlıqlara cavab olaraq müttəfiqləri sakitliyə çağırıb və Litvanın nümunəsində müdafiəyə daha çox vəsait ayrılmasının vacibliyini vurğulayıb.

O, Litvanın bu il hərbi məqsədlər üçün ÜDM-nin 5,38 faizini xərcləyəcəyini qeyd edərək digər NATO ölkələrinin də müdafiə sahəsinə yatırımları artırmalı olduğunu bildirib.

Son aylarda Avropanın bir sıra ölkələrində, o cümlədən Bolqarıstan, Slovakiya, İtaliya və Polşadakı hərbi müəssisələrdə partlayış və yanğınlar baş verib.

Rutte NATO ölkələrini öz ərazilərində baş verən bu cür hadisələrə görə Rusiyanı günahlandırmaqdan çəkinməməyə də çağırıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu