Ruttedən NATO ölkələrinə Ukraynaya silah almaq çağırışı


NATO-nun baş katibi Mark Rutte bütün NATO ölkələrini Amerika silahlarının Kiyevə çatdırılması üçün sifarişləri və ödənişləri sürətləndirməyə çağırıb.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, o, bu barədə Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib.

"Avropa ölkələri tərəfindən ödənilən 2 milyard avro dəyərində Amerika yardımı artıq Ukraynaya köçürülüb və mən digər NATO ölkələrini bu səylərdə fəal iştirak etməyə çağırıram", - deyə Rutte qeyd edib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu