Müttəfiqlər Ukraynaya töhfələr hazırlayırlar - NATO baş katibi

"NATO müttəfiqləri müdafiə investisiyalarını sürətlə artırırlar. Böyük bir xərc artımı elan edildi, daha çoxunu izləyəcək".
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte X sosial şəbəkəsindəki mikrobloqunda ABŞ prezidenti Donald Trampla söhbəti barədə məlumatında qeyd edib.
"Ukraynaya gəlincə, müttəfiqlər əlavə milyardlarla yardım və təhlükəsizlik zəmanətləri üçün töhfələr hazırlayırlar”, - deyə Rutte qeyd edib.
Keçən il NATO bu il Ukraynaya 40 milyard avro yardım ayıracağına söz vermişdi. Alyans da əlavə yardım göstərilməsini istisna etməyib.