Rutte: NATO qısa müddət ərzində Ukraynaya daha çox yardım göstərməyə çalışır


NATO Ukraynaya daha çox yardım göstərmək və bunu mümkün qədər tez etmək üçün çox çalışır.


AFN.az xəbər verir ki, bunu Kiyevdə keçirdiyi mətbuat konfransında alyansın yeni baş katibi Mark Rutte deyib.

"Ukraynanın ehtiyacları indi aktualdır və biz daha çox, daha sürətli yardım etmək üçün çox çalışırıq" - deyə o qeyd edib.

Rutte vurğulayıb ki, onun NATO dəstəyini göstərmək üçün mandatının lap əvvəlində Kiyevə gəlməsi vacib idi: "Mənim mandatımın əvvəlində NATO-nun Ukraynanın yanında olduğuna dair aydın mesaj vermək üçün burada olmam vacib idi. Mənim prioritetim və imtiyazım dəstəyi davam etdirmək, Ukraynanın qalib gəlməsi üçün çalışmaqdır. NATO sizin təhlükəsizliyiniz üçün Ukraynanın yanındadır".

Rutte oktyabrın 1-dən NATO-nun baş katibi vəzifəsinə başlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu