Ukraynanın yeri NATO-dadır - yeni baş katib
Ukrayna NATO-da yer almalıdır.
AFN.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Şimali Atlantika Alyansının yeni baş katibi, Niderlandın keçmiş baş naziri Mark Rutte deyib.
“Biz Vaşinqton sammitində vəd edilən yardım paketini həyata keçirməliyik. Bu, komandanlığın yaradılmasına, maliyyə yardımına və Ukraynanın NATO üzvlüyünə dönməz hərəkətinə aiddir, çünki Ukraynanın yeri NATO-dadır”, - deyə o bildirib.
Qeyd edək ki, Mark Rutte oktyabrın 1-dən alyansın 14-cü baş katibi kimi rəsmi olaraq NATO-nun Baş Katibi vəzifəsinin icrasına başlayıb. O, bu vəzifədə Yens Stoltenberqi əvəz edir.