KİV: NATO-nun baş katibi vəzifəsini Mark Rutte icra edəcək


Hollandiyanın baş naziri Mark Rutte NATO-nun yeni baş katibi olacaq.


Bu barədə Hollandiya Yayım Korporasiyası (NOS) mənbələrə istinadən xəbər verir. Nəşrin məlumatına görə, Ruttenin yeganə rəqibi olan Rumıniya prezidenti Klaus İohannis tezliklə namizədliyini geri götürəcək.

NATO-nun baş katibi Yens Stoltenberq ABŞ dövlət katibi Antoni Blinkenlə Vaşinqtonda keçirdiyi mətbuat konfransında alyansın yeni baş katibin namizədliyi ilə bağlı razılığa gəlməyə yaxın olduqlarını təsdiqləyib. O, Hollandiyanın baş nazirini "güclü namizəd" kimi qeyd edib. Stoltenberq bildirib ki, Macarıstanın baş naziri Viktor Orban Ruttenin namizədliyini dəstəkləməyə hazır olduğunu bəyan etdikdən sonra bu məsələ həll olunmağa yaxındır.

Yeni baş katibin təyin edilməsi ilə bağlı qərar NATO-nun iyulda Vaşinqtonda keçiriləcək sammitində verilməlidir. Stoltenberqin səlahiyyətləri oktyabrın 1-də başa çatır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu