NATO-nun yeni baş katibi kim olacaq?


NATO ölkələrinin xarici işlər nazirləri Praqada qeyri-rəsmi formatda görüşəcəklər.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, görüşdə müzakirə ediləcək əsas məsələlərdən biri alyansın yeni baş katibidir. Qeyd edək ki, hazırkı baş katib Yens Stoltenberqin səlahiyyət müddəti oktyabrın 1-də başa çatacaq. Nazirlər bu vəzifəyə kimin gələcəyini də müzakirə edəcəklər.

Hazırda iki namizəd var: Rumıniya prezidenti Klaus İohannis və Hollandiyanın baş naziri Mark Rutte.

İohannis və Rutte arasında davam edən yarışda holland namizədi müttəfiqlərin əksəriyyəti dəstəkləyir. Lakin bu məsələdə hələlik konsensus əldə olunmadığından müttəfiqlər arasında danışıqların davam edəcəyi gözlənilir.

Yeni baş katiblə bağlı qərarın Vaşinqton Sammitində verilməsi və sammitdə elan edilməsi planlaşdırılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu