NATO-nun baş katibi Stotenberqin mandatının bir il uzadılacağı iddia edilir


NATO-nun baş katibi Yens Stontelberqin sentyabrda başa çatacaq mandatının daha bir il uzadılacağı iddia edilir.


Norveçin keçmiş baş naziri olan 64 yaşlı Stoltenberq 2014-cü ildə vəzifəyə gəldikdən sonra NATO bir sıra böhranlardan keçib. Səlahiyyət müddətinin bitməsinə bir neçə ay qalmış, diplomatik mənbələrə istinadən verilən xəbərlərdə, NATO-nun daimi nümayəndələrinin sabah Stoltenberqin mandatının daha bir il uzadılması ilə bağlı razılığa gəlməsinin gözlənildiyi iddia edilib.
Ukraynaya dəstək vermək üçün NATO-nun son üzvlərini toplayan Stoltenberqin müharibənin NATO ilə Rusiya arasında birbaşa qarşıdurmaya çevrilməsinin qarşısını almağa çalışması yüksək qiymətləndirilir.

Ötən ilin fevralında mandatının uzadılmasını istəmədiyini bildirən Stoltenberqin səlahiyyət müddəti sentyabrda başa çatacaq. Onun mümkün varisləri arasında Böyük Britaniyanın müdafiə naziri Ben Uolles və Danimarkanın baş naziri Mette Frederiksen də var.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu