Rumıniya prezidenti NATO-nun baş katibi vəzifəsinə namizədliyini açıqlayıb


Rumıniya prezidenti Klaus İohannis NATO-nun baş katibi vəzifəsinə namizəd olduğunu açıqlayıb.



İohannis ölkəsinin NATO-ya daxil olmasının 20-ci ildönümü münasibətilə verdiyi açıqlamada, “Mən bu namizədliyi Rumıniya adından tam məsuliyyətlə öz öhdəmə götürürəm və bu qərar Rumıniyanın fəaliyyətinə, mənim iki prezidentlik dövründəki təcrübəmə və NATO, Avropa və xüsusən də regionumuzun üzləşdiyi problemlərə çağırışları dərindən dərk etməyimə və NATO-nun əsas dəyərlərinə və məqsədlərinə qəti öhdəliyimə əsaslanır." vurğulayıb.

NATO-da olmağın ölkəsinə "tarixin ən güclü təhlükəsizlik zəmanətini" verdiyini vurğulayan İohannis, "Bu təhlükəsizlik zəmanətləri heç vaxt indiki qədər əhəmiyyətli olmamışdır. Biz təhlükəsizlik baxımından son onilliklərin ən çətin dövrlərini yaşayırıq, lakin biz rumınlar özümüzü təhlükəsiz hiss edirik, çünki biz NATO-nun üzvləriyik”. qiymətləndirməsini edib.

İohannis bildirib ki, səlahiyyət müddəti ərzində o, NATO-nun 2,5 faizi ilə Ümumi Daxili Məhsulun (ÜDM) ən azı 2 faizini müdafiəyə xərcləmək məqsədinə nail olub.

İohannis NATO-nun öz missiyası ilə bağlı perspektivini yeniləməli olduğunu iddia edərək deyib:

"Şərqi Avropanın NATO çərçivəsində müzakirələrə və qəbul edilən qərarlara dəyərli töhfəsi var. Bu regionun balanslaşdırılmış, güclü və effektiv təmsilçiliyi ilə Alyans bütün üzv dövlətlərin ehtiyac və narahatlıqlarını qarşılamaq üçün ən yaxşı qərarları qəbul edə biləcək. Bütün bu səbəblərə görə NATO Baş Katibliyi yarışına qatılmağın əhəmiyyətli olduğuna qərar verdim."

Bununlada İohannis Hollandiyanın baş naziri Mark Ruttenin baş katib postu uğrunda rəqibi olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu