NATO-nun yeni baş katibi Mark Rutte oldu
NATO ölkələrinin səfirləri Niderlandın baş naziri Mark Rutteni növbəti 5 il üçün alyansın baş katibi seçiblər.
Alyansın mətbuat xidmətindən bildirilib ki, NATO-nun 32 ölkəsindən olan səfirlər Şimali Atlantika Şurasının Brüsseldə keçirilən iclasında baş katib vəzifəsinə Niderlandın baş nazirinin namizədliyini təsdiqləyib.
O, bu vəzifədə norveçli Yens Stoltenberqi əvəzləyəcək. Mark Rutte vəzifəsinin icrasına oktyabrda başlayacaq.