Rutte: NATO qalib gələcəyi təqdirdə Trampla işləməyə hazırdır
NATO-nun baş katibi Mark Rutte prezident seçkilərində kimin qalib gəlməsindən asılı olmayaraq, ABŞ-la işləməyə davam edəcəyini bildirib.
AFN.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Rutte həm Kamala Harris, həm də Donald Trampla işləməyə hazır olduğunu bildirib. O, NATO-nun birliyi qorumağa çalışacağını bildirib. “Buna heç bir şübhə yoxdur, çünki bu, bizim ümumi maraqlarımıza uyğundur”, - deyə Rutte əlavə edib.
Şimali Atlantika Alyansının baş katibi qeyd edib ki, Birləşmiş Ştatlar keçmişin səhvlərini təkrarlamayacaq və Avropanı tərk etməyəcək.