Rutte: Avropa ABŞ olmadan Yaxın Şərqdə hərbi əməliyyat keçirə bilmir


Avropa ölkələri hazırda ABŞ-ın dəstəyi olmadan Yaxın Şərqdə müstəqil hərbi əməliyyat keçirmək üçün kifayət qədər imkanlara malik deyil.

AFN.az xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte “Bloomberg”ə müsahibəsində deyib.

Rutte bildirib ki, Yaxın Şərqdə hərbi müdaxilə tələb edən vəziyyət yaranacağı təqdirdə Avropa ölkələri Vaşinqtondan asılı olmadan fəaliyyət göstərə bilməlidir. Onun sözlərinə görə, hazırda Avropanın bunun üçün kifayət qədər hərbi imkanları yoxdur və bu səbəbdən ABŞ-ın liderliyinə ehtiyac qalır.

NATO baş katibi qeyd edib ki, Berlin divarının süqutundan sonra Avropa ölkələri uzunmüddətli sülhə ümid edərək müdafiə xərclərini həddindən artıq azaldıblar. O, müttəfiqləri hərbi büdcələri artırmağa və müdafiə sənayesinin imkanlarını genişləndirməyə çağırıb.

Qırmızı dənizdəki vəziyyətə də toxunan Rutte gəmiçilik azadlığının tamamilə ABŞ-ın üzərinə qoyulmamalı olduğunu bildirib.

Onun sözlərinə görə, Avropa ölkələrinin minalardan təmizləmə imkanları inkişaf edib və bəzi sahələrdə bu imkanlar ABŞ-dan daha üstündür. Rutte həmin vasitələrin regionda tətbiq oluna biləcəyini deyib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu