Rutte: Ağ Ev İran məsələsinə görə Avropa müttəfiqlərindən narazıdır
NATO-nun baş katibi Mark Rutte Ağ Evin İran məsələsində Avropa müttəfiqlərinin mövqeyindən narazı olduğunu bildirib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, Mark Rutte Vaşinqtonda ABŞ rəsmilərinə bunun ayrı-ayrı hallarla bağlı olduğunu izah etməyə çalışdığını deyib.
Onun sözlərinə görə, ümumi mənzərəyə baxdıqda Avropa ABŞ üçün hərbi gücün nümayiş etdirilməsi baxımından əsas platformadır. Rutte qeyd edib ki, Amerika hərbi təyyarələrinin minlərlə uçuşu Avropadakı bazalardan həyata keçirilir və bu da Vaşinqtonun Avropa ilə müttəfiqliyə strateji marağını göstərir.
NATO-nun baş katibi həmçinin bildirib ki, alyans Donald Trampa minnətdar olmalıdır. Onun fikrincə, Trampın siyasəti nəticəsində Kanada və Avropa ölkələri müdafiə xərclərini artırıblar.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl Böyük Britaniya, İspaniya, İtaliya, Fransa və Almaniyanın İranla müharibədə Vaşinqtona dəstək verməməsindən məyus olduğunu açıqlamışdı.
