NATO-nun baş katibi ölkələri Ukraynaya yardımı artırmağa çağırıb


NATO-nun Baş katibi Mark Rutte alyans ölkələrini hər il Ümumi Daxili Məhsulun (ÜDM) 0,25%-ni Ukraynaya dəstək üçün ayırmağa çağırıb.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb. Mənbələrin bildirdiyinə görə, Rutte bu təklifi ötən ayın sonunda NATO səfirlərinin qapalı iclasında səsləndirib və iyulda Türkiyədə keçiriləcək sammitə hazırlıq çərçivəsində bu məsələni qaldırıb. "Rutte və bir çoxumuz Ukraynaya dəstəyin ardıcıl və proqnozlaşdırıla bilən olmasını təmin etmək istəyirik", — deyə nəşrin həmsöhbəti qeyd edib.

Təklif qəbul olunarsa, Ukraynaya illik yardımların həcmi faktiki olaraq üç dəfə artaraq 143 milyard dollara çatacaq.

Qeyd edək ki, 2025-ci ildə Kiyev tərəfdaşlarından 45 milyard dollar dəyərində hərbi yardım alıb. Hazırda Avropa və Kanada PURL proqramı çərçivəsində ABŞ-dan Ukrayna üçün hər ay 1 milyard avro dəyərində silah alır. Mark Ruttenin sözlərinə görə, 2026-cı ildə Avropa ölkələri Kiyevə 15 milyard dollar dəyərində silah təqdim etməyi planlaşdırır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu