Masallıda kimya dərsində məhlul dağıldı, şagirdlər xəsarət aldı: biri Bakıya gətirilib


Masallı şəhər İntiqam Əsgərli adına 3 nömrəli tam orta məktəbdə, 8b sinfində kimya dərsi zamanı bədbəxt hadisə baş verib.

Bu barədə AFN.az-a hadisə zamanı zərərçəkənlərdən biri məlumat verib. Bildirilir ki, kimya dərsində təcrübə aparılan məhlul ətrafa dağılıb: "Şagirdlərin bədəninə dəyən məhlul müxtəlif dərəcəli xəsarətlər yaradıb. Şagirdlərdən biri gözlərində yaranan ciddi problemlə əlaqədar təcili olaraq Bakıya gətirilib. Həmin uşaq hazırda dövlət xəstəxanalarından birində müalicə olunur. Gözlərində görmə zəifliyi yaranıb, həm ağ, həm qara bəbək xətər görüb".

Qeyd edilənlərlə bağlı Elm və Təhsil Nazirliyinin Lənkəran-Astara regional təhsil idarəsinə verdiyimiz sorğu cavabsız qaldı. Mövzunu diqqətdə saxlayacağıq.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu