14 yaşlı qızın özünü məktəb binasından atması barədə RƏSMİ AÇIQLAMA


Elm və Təhsil Nazirliyinin Masallıda doqquzuncu sinif şagirdinin intihara cəhdi ilə bağlı açıqlama verib.


Nazirlikdən verilən məlumatda bildirilir ki, Masallı şəhər R.Əlihəsənov adına 1 nömrəli tam orta məktəbdə baş vermiş hadisədə xəsarət alan məktəblinin səhhəti stabildir:

“Həkimlərin rəyinə görə, hazırda məktəblinin vəziyyəti ilə bağlı narahatlıq yoxdur. Dünən axşam Elm və Təhsil Nazirliyinin dəstəyi və məktəblinin valideynlərinin razılığı ilə məktəbli Masallı Rayon Mərkəzi Xəstəxanasından Masallı Bioloji Təbabət Klinikasına köçürülüb.

Bu gün səhər Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən məktəblinin vəziyyəti öyrənilmiş və məktəblinin hazırda özünü yaxşı hiss etdiyini, səhhəti ilə bağlı problem olmadığı bildirilib”.

Qeyd edilib ki, hazırda məktəbli həmin klinikada həkim nəzarətindədir.

Xatırladaq ki, dünən Masallıda doqquzuncu sinif şagirdi məktəbdə sinif yoldaşı ilə mübahisə edib və özünü üçüncü mərtəbənin pəncərəsindən atıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu