ABŞ və Yaponiya Tayvan yaxınlığında raket sistemlərini yerləşdirəcək


ABŞ ordusu Yaponiyanın Tayvana yaxın Yonaguni adasında ilk dəfə müasir gəmiəleyhinə raket sistemi yerləşdirəcək.

AFN.az xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ-ın “NMESIS” raket sistemi oktyabrın 19-dan 29-dək keçiriləcək “Keen Sword” hərbi təlimləri çərçivəsində Yonaguni adasına gətiriləcək. Yaponiya ordusunun da adada öz gəmiəleyhinə və zenit-raket komplekslərini yerləşdirə biləcəyi bildirilir.

Yonaguni adası Tayvandan təxminən 110 kilometr şərqdə yerləşir və Yaponiyanın Tayvana ən yaxın ərazisidir. “NMESIS” sisteminin atəş məsafəsi təxminən 185 kilometrdir ki, bu da Tayvan ətrafındakı sularda yerləşən gəmiləri vurmağa imkan verir.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu