Yaponiya Tayvana yaxın adada raket kompleksi yerləşdirəcək


Yaponiya hökuməti Tayvanın 110 kilometrliyində yerləşən adada yer-hava idarəolunan raket bölmələri yerləşdirəcək.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, Çinin artan regional nüfuzu və Şimali Koreyanın hədələyici raket fəaliyyətləri fonunda Yaponiya milli müdafiəsini gücləndirməyə hazırlaşır. Yaponiya Müdafiə Nazirliyinin sözçüsü Aoki Takeşi bildirib ki, ölkəsi materikdən uzaqda yerləşən adaları müdafiə etmək üçün hərbi potensialını gücləndirəcək. Aoki, yer-hava idarəolunan raket bölmələrinin Tayvanın 110 kilometrliyindəki Yonaquni adasında yerləşdiriləcəyini açıqlayıb.
Yerli mediada Çinin Tayvan boğazında artan təsirinə görə Yaponiyanın adada raket bölmələri yerləşdirməyə üstünlük verdiyi diqqətə çatdırılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu