Yaponiya Tayvan boğazı yaxınlığındakı adada Patriot raketləri yerləşdirir


Yaponiya Patriot (PAC-3) raketlərini ölkənin cənub-qərbində və Tayvan boğazı yaxınlığında yerləşən Miyako adasına yerləşdirib.


AFN.az Türkiyə mediasına istinadən xəbər verir ki, Nazirlər Kabinetinin baş katibi Matsuno Hirokazu bildirib ki, Yaponiya Hava Özünümüdafiə Qüvvələri (ASDF) Okinava ada əyalətindəki Miyako adasına Patriot raketləri yerləşdirib.

Matsuno bildirib ki, yerləşdirilən raketlər milli təhlükəsizliyi təmin etmək məqsədi daşıyır və Şimali Koreyanın mümkün uzaqmənzilli ballistik raketlərini hədəf alacaq.

Milli mətbuatda yer alan məlumata görə, PAC-3 raketlərinin də eyni bölgədəki İşigaki və Yonaquni adalarına yerləşdirildiyi bildirilib.

Ölkənin cənub-qərbində yerləşən Okinavanın Miyako, Yonaquni və İşigaki adaları ölkənin Tayvan boğazına ən yaxın bölgəsi kimi tanınır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu