Yaponiya Kuril adalarının cənub hissəsi ilə bağlı mövqeyini açıqlayıb
Hakimiyyətin “əcdad əraziləri” hesab etdiyi Kuril adalarının cənub hissəsi ilə bağlı Yaponiyanın mövqeyi dəyişməz olaraq qalır.
TASS xəbər verir ki, bunu Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno deyib.
"Şimal əraziləri ölkəmizin suverenliyinə tabe olan ölkəmizin əcdad əraziləridir" - deyə Matsuno bildirib.
Rəsmi qeyd edib ki, hakimiyyət Yaponiya və Rusiya arasında əvvəllər bağlanmış müxtəlif sazişlər və sənədlər əsasında danışıqları israrla təşviq edir.