Yaponiya Kuril adalarının cənubunda keçirilən seçkiləri tanımadığını bildirib


Yaponiya hökuməti şimal ərazilərində (Kuril adalarının cənub hissəsi) keçirilən seçkiləri tanımır.


Bu barədə Yaponiyanın xarici işlər naziri Yoko Kamikava növbəti mətbuat konfransında bildirib.

“Ölkəmizin suverenliyi ilə əhatə olunan şimal əraziləri ölkəmizin ata-baba əraziləridir və Rusiya orada qanunsuz seçkilər keçirməkdə davam edir. Bu, prezident seçkilərinə də aiddir”, - deyə o, jurnalistlərin müvafiq sualını cavablandırıb. Kamikava eyni zamanda tezisini təkrarlayıb ki, hazırda Ukraynadakı vəziyyətə görə sülh müqaviləsinin bağlanması və ərazi probleminin həlli məsələsində Rusiya ilə dialoqun bərpası mümkün deyil.

Bundan əvvəl Yaponiya rəsmiləri də bəyan etmişdilər ki, Yaponiya Tokionun Ukrayna hesab etdiyi bölgələrdəki seçkilərin nəticələrini tanımır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu