İordaniya Vaşinqtondan Patriot raketlərini yerləşdirməyi xahiş edir


İordaniya Vaşinqtondan sərhədlərində hava hücumundan müdafiəni gücləndirmək üçün "Patriot" raketlərini yerləşdirməyi xahiş edib.


“Amerika tərəfindən müdafiə sistemimizi "Patriot" raketləri ilə gücləndirməyi xahiş etdik. Bu bahalı sistem yerli imkanlarla istifadə edilə bilməz və bizə strateji tərəfdaş lazımdır”, - deyə İordaniya ordusunun sözçüsü Briq bildirib.

Onun sözlərinə görə, İordaniya şimaldan, şərqdən və qərbdən ballistik raketlər də daxil olmaqla daimi təhdidlərlə üzləşir və "Patriot" hava hücumundan müdafiə sistemi belə təhlükəyə qarşı çıxmaq üçün ən yaxşı silahdır.

İordaniya həmçinin narkotik qaçaqmalçılığı üçün istifadə edilən pilotsuz təyyarələrlə mübarizə sistemi tələb edir: "Çünki onlar bütün cəbhələrimizdə təhlükəyə çevrilib".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu