Yaponiya Şimali Koreyaya raket buraxılışına görə kəskin etirazını bildirib


Yaponiya hökuməti ballistik raket olduğu güman edilən raketin buraxılması ilə əlaqədar Şimali Koreya hakimiyyətinə etiraz edib.


AFN.az xəbər verir ki, bu barədə Tokioda jurnalistlərə Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno bildirib.

"KXDR-in hərəkətləri regionun və beynəlxalq ictimaiyyətin sülh və sabitliyini təhdid edir, onlar tamamilə qəbuledilməzdir", - Nazirlər Kabinetinin baş katibi vurğulayıb. O qeyd edib ki, bununla əlaqədar Pekindəki səfirlik vasitəsilə kəskin etiraz bildirilib.

Çərşənbə günü səhər Yaponiya Müdafiə Nazirliyi Şimali Koreya tərəfindən buraxılmış, ehtimal ki, ballistik raketin düşdüyü barədə məlumat verib.

Raketin Koreya yarımadasından təxminən 550 km şərqdə, Yaponiyanın eksklüziv iqtisadi zonasından kənarda Yapon dənizinə düşə biləcəyi bildirilib. Şimali Koreyanın qitələrarası ballistik raket buraxması ehtimalı var. Yaponiyanın baş naziri Fumio Kişidanın ofisində məlumat toplamaq üçün fövqəladə qərargah yaradılıb. Yaponiya hökumətinin başçısı özü NATO sammitində iştirak etmək üçün Litvadadadır.

Bu, Pxenyan tərəfindən 2023-cü ilin əvvəlindən bəri 12-ci ballistik raket buraxılışıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu