Polşa mümkün müharibəyə hazırlıq üçün yeni qanun üzərində işləyir
Polşa Milli Müdafiə Nazirliyi ölkənin müharibə dövrünə hazırlığı ilə bağlı qanun layihəsi üzərində işləyir.
AFN.az xəbər verir ki, bunu Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış açıqlayıb.
Nazirin sözlərinə görə, qanun layihəsi hazırda qurumlararası razılaşdırma mərhələsindədir. Sənəddə Ukraynanın müharibə təcrübəsi nəzərə alınır və layihənin NATO-nun “NATO Response System” planı ilə əlaqələndirilməsi nəzərdə tutulur.
Polşa Müdafiə Nazirliyi iyul ayında qanunvericiliyə “müharibədən əvvəlki vəziyyət” və ya “dövlətin hərbi əməliyyatlara tam hazırlığı” rejiminin əlavə edilməsi üzərində iş aparıldığını açıqlamışdı.
Nazirlik bildirmişdi ki, belə bir rejim qoşunların köçürülməsinə, müttəfiq ölkələrin hərbi qüvvələrinin qəbuluna və mümkün döyüş əməliyyatlarına hazırlıq üçün infrastrukturun hazırlanmasına imkan verəcək.
