Estoniya Rusiya və Belarus taxılının tranzitini qadağan etdi
Estoniyada Rusiya və Belarusdan gətirilən taxılın ölkə ərazisindən tranzitinə qadağa qüvvəyə minib.
AFN.az xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna açıqlayıb.
Nazir “X” sosial şəbəkəsində bildirib ki, Estoniya Rusiya və Belarus taxılının öz ərazisindən tranzitini qadağan edib.
Tsaxkna qeyd edib ki, bu qərarla bağlı xəbərdarlığı sentyabr ayında etmişdi və artıq həmin qərar qanunla rəsmiləşdirilib.
Onun sözlərinə görə, Estoniya Latviya və Litva ilə birlikdə Baltikyanı limanların Rusiya üçün tranzit marşrutuna çevrilməsinin qarşısını almaq istiqamətində işləyir.

