Kürdəmirdə toyda kütləvi zəhərlənmə olub


Kürdəmirdə toyda kütləvi zəhərlənmə baş verib.

AFN.az“Report”a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən “Günəş” şadlıq sarayında qeydə alınıb.

Belə ki, mərasim iştirakçılarının 13-ü qidadan zəhərlənib.

Zərərçəkənlər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb, vəziyyətləri orta ağırdır.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Fakt araşdırılır.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu