Ağstafada dönərdən kütləvi zəhərlənmə

Ağstafada 8 nəfər dönərdən zəhərlənib.
Hadisə rayonun mərkəzində yerləşən dönərxanaların birində qeydə alınıb.
İlkin məlumata görə, 8 nəfər zəhərlənmə diaqnozu ilə Ağstafa rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hazırda həmin şəxslərin şəxsiyyəti dəqiqləşdirilir.