"Nokia" və "Iceye" Avropada yeni peyk rabitəsi sistemi qurur


Finlandiyanın "Nokia" və “Iceye” şirkətləri Avropada hərbi məqsədlər üçün qorunan peyk rabitəsi sistemi yaratmağı planlaşdırır.

AFN.az xəbər verir ki, bu barədə “Bloomberg” şirkət rəhbərlərinə istinadən məlumat yayıb. "Nokia"nın baş direktoru Castin Hotard və “Iceye”nin rəhbəri Rafael Mojevski bildiriblər ki, şirkətlər 2028-ci ildən etibarən hər il aşağı Yer orbitinə 50-dək peyk buraxmağı nəzərdə tutur.

Plan çərçivəsində Avropa ölkələrinin hökumətlərinə avadanlıq veriləcək və peyklərə çıxış təmin olunacaq. Bu imkan yerüstü rabitə sistemlərində problem yarandığı halda hərbçilər, fövqəladə xidmətlər və dövlət qurumları arasında əlaqənin saxlanmasına xidmət edəcək. “Iceye” radiolokasiya sintetik aperturası (SAR) texnologiyasından istifadə edən peyklərin istehsalı üzrə ixtisaslaşıb. Şirkətin peyklərindən əldə olunan görüntülər, o cümlədən Ukrayna Silahlı Qüvvələrinə təqdim edilir.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu