Yaponiya 2 milyard dollar dəyərində müdafiə peyk şəbəkəsi tətbiq edəcək


Yaponiya gəmiləri və hərbi əraziləri izləmək üçün 2 milyard dollar dəyərində müdafiə peyk şəbəkəsi yaratmağı planlaşdırır.


“Wall Street Journal”ın məlumatına görə, Yaponiya avqustun 26-da hava məkanının ilk dəfə Çin hərbi təyyarəsi tərəfindən pozulduğunu elan etdikdən sonra Müdafiə Nazirliyi peyk şəbəkəsi layihəsini həyata keçirməyi planlaşdırıb.

Nazirlikdən verilən açıqlamada, layihəyə investisiya qoymaq və idarə etmək üçün şirkətlərə həvalə edilməsinin planlaşdırıldığı, peyklərin isə 2028-ci ildə istifadəyə verilməsinin nəzərdə tutulduğu, layihənin 2 milyard dollarlıq büdcə çərçivəsində ayrılması planlaşdırıldığı bildirilib.

Həmçinin qeyd edilib ki, peyklər aşağı hündürlükdə orbitə buraxılacaq. Onların hədəflərin təqibində ahənglə işləmələri gözlənilir.

Layihə çərçivəsində nə qədər peykin orbitə çıxarılmasının planlaşdırıldığı açıqlanmasa da, nazirlik rəsmisi peyklərin gəmilərin və hərbi bölgələrin monitorinqi üçün istifadə ediləcəyini bildirib.

Yaponiya Hərbi Hava Qüvvələrindən istefada olan general Haruhiko Kataoka, peyklərin hər dəfə ABŞ-dan kömək istəmək əvəzinə, Yaponiyaya müstəqil hədəfləmə qabiliyyəti təqdim edəcəyini söyləyib: "Məlumat mübadiləsinin olub-olmamasından narahat olacağımız vəziyyətlər olacaq".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu