Nvidia-da Jensen Huangın CEO vəzifəsinə qayıtması üçün lobbiçilik başladılıb
ABŞ-ın çip istehsalçısı Nvidia şirkətinin keçmiş baş icraçı direktoru (CEO) Jensen Huangın vəzifəsinə qaytarılması üçün texnologiya sektorunun tanınmış nümayəndələri şirkətin Direktorlar Şurasına təzyiq göstərməyə başlayıblar.
AFN.az xəbər verir ki, Huangın ABŞ Konqresinin üç komitəsinin qapalı dinləməsində ifadə verməyə razılıq verdiyi də bildirilir.
Financial Times qəzetinin məlumatına görə, noyabrın 12-də casusluqda şübhəli bilinən Çinli iş adamı Alis Huangla əlaqəsi olduğu iddiaları fonunda vəzifəsindən ayrılan Jensen Huang şirkətin rəhbərliyinə qayıtmaq ehtimalını yaxın ətrafı ilə müzakirə edir.
Huangın yaxın çevrəsinin dəstəyi ilə Silikon Vadisindən olan rəhbər şəxslər onun vəzifəsinə qaytarılması üçün Nvidia-nın Direktorlar Şurasını və Ağ Evi razı salmağa yönəlmiş lobbiçilik fəaliyyətinə başlayıblar.
Tesla və SpaceX şirkətlərinin baş icraçı direktoru İlon Mask, eləcə də bir sıra texnologiya şirkətlərinin rəhbərləri Nvidia-nın həmtəsisçisi Jensen Huangın vəzifəsinə qaytarılmasını tələb edən petisiyanı imzalayıblar.
Digər tərəfdən, ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi, Kəşfiyyat Komitəsi və Çin üzrə Xüsusi Komitəsi Çinə qarşı ixrac məhdudiyyətlərinin pozulması iddiaları ilə əlaqədar Huangı qapalı dinləmədə dindirməyə hazırlaşır.
Çin üzrə Xüsusi Komitənin sədri Con Mulinar CBS News-a açıqlamasında Huangın və şirkət nümayəndələrinin könüllü şəkildə ifadə verməyə razılaşdıqlarını bildirib.
Mulinar dəqiq tarixlə bağlı müzakirələrin davam etdiyini, lakin tərəflərin komitə ilə əməkdaşlıq edəcəyini qeyd edib.
Nvidia-nın Direktorlar Şurası noyabrın 8-də Jensen Huangın xarici kəşfiyyat fəaliyyətinin hədəfi olduğuna dair xəbərlərdən sonra müstəqil araşdırmaya başlanıldığını açıqlamışdı.
Araşdırma Pekin rəhbərliyinə məlumat ötürdüyü iddia edilən Çinli iş adamı Alis Huangla Jensen Huangın yaxın münasibətlərinin olması barədə xəbərlərdən sonra başladılıb.
Bundan sonra Nvidia Jensen Huangın şirkətin sədri, baş icraçı direktoru və Direktorlar Şurasının üzvü vəzifələrindən dərhal qüvvəyə minməklə ayrıldığını açıqlayıb. Şirkətin sədr müavini və maliyyə direktoru Kolet Kress müvəqqəti CEO təyin edilib.

