Vens 2028-ci il prezident seçkilərində namizədliyini hələ dəqiqləşdirməyib



ABŞ-ın vitse-prezidenti JD Vensin 2028-ci ildə keçiriləcək prezident seçkilərində iştirak edib-etməmək məsələsində hələ qərar vermədiyi bildirilir. 

AFN.az xəbər verir ki, Axios nəşrinin məlumatına görə, Vens namizədliyi ilə bağlı yekun qərarını yalnız yeni ildən sonra verə bilər.

Axios-a danışan və adlarının açıqlanmasını istəməyən rəsmilər Vensin 2028-ci il prezident seçkiləri ilə bağlı planlarına dair iddialar səsləndiriblər.

Mənbələr Vensin namizəd olmaq məsələsində tərəddüd etdiyini irəli sürərək, mümkün namizədliyini həyat yoldaşı Uşa və ailəsi ilə müzakirə etdiyini bildiriblər.

Rəsmilərin iddiasına görə, vitse-prezident namizəd olub-olmayacağı barədə yekun qərarını yalnız yeni ildən sonra verəcək. Onun bu qərarı açıqlaması isə yazın sonlarına qədər uzana bilər.

İddialara əsasən, Vens namizədliyini erkən elan edəcəyi təqdirdə diqqətin Donald Trampdan uzaqlaşa biləcəyini nəzərə alaraq ehtiyatlı davranır.

Vitse-prezidentə yaxın şəxslər isə respublikaçıların aralıq seçkilərdə məğlubiyyətinin Vensin partiyanın əsas namizədi mövqeyinə təsir etmədiyini iddia ediblər.

Həmin şəxslər Vensin Piter Til, Devid Saks və İlon Mask kimi nüfuzlu donorlarla əlaqələrinin olduğunu bildiriblər. Onların sözlərinə görə, Vens aralıq seçkilər kampaniyası zamanı 2028-ci ildə ona fayda verə biləcək rəsmilərlə də əlaqələr qurub.

Həmçinin Vensin aralıq seçkilərdən sonra yaradılmasına öncüllük etdiyi, texnologiya sahəsinin bəzi liderləri və mühafizəkar donorlardan ibarət geniş şəbəkə olan Rokbric Network qrupu ilə görüşdüyü qeyd olunub. Bildirilir ki, bu qrup 2028-ci il seçki kampaniyasında onun namizədliyini dəstəkləyə bilər.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu