Çin CERES-1 raketi ilə 7 peyk buraxıb
Çin özəl şirkət tərəfindən hazırlanmış ilk daşıyıcı raket olan CERES-1 ilə orbitə 7 peyk göndərib.
Çinin "Sinxua" agentliyinin xəbərinə görə, yerin müşahidəsi, məsafədən zondlama və rabitə peykləri də daxil olmaqla peyklər ölkənin şimal-qərbindəki Qansu əyalətindəki Ciucuen Peyk Mərkəzindən "CERES-1 Y7" raketi ilə orbitə buraxılıb.
Hiperspektral, infraqırmızı və panxromatik avadanlığın daxil olduğu yeni nəsil “Şiguang-1 01” müşahidə peyki təbii ehtiyatların monitorinqi, kənd təsərrüfatı, meşə təsərrüfatı, ağıllı şəhərlər və fəlakətlərin qarşısının alınması sahələrində istifadə olunacaq.
Bundan əlavə, bu qrup daxilində süni intellektə əsaslanan uzaqdan zondlama peyki "WonderJourney-1A", peyk rabitəsi ilə ağıllı qlobal yerləşdirmə xidmətlərini dəstəkləyən "Starpool-1B" peyki və 4 ədəd "Şian Hangtou" optik müşahidə peyki orbitə göndərilib.
Peyklərin buraxılışdan sonra planlaşdırılmış orbital mövqeyə yerləşdirildiyi açıqlanıb.
Buraxılış CERES-1 raketi ilə 7-ci uğurlu nəqliyyat missiyasıdır.