Çin uzaqdan zondlama funksiyasına malik "Yaogan-39" peyklərini orbitə buraxıb
Çin kosmosa uzaqdan zondlama imkanlarına malik “Yaogan” sinifli Yer müşahidə peykləri göndərib.
Çinin "Sinxua" xəbər agentliyinin məlumatına görə, “Yaogan-39” peyklərinin dördüncü qrupu “Long March 2D” raketi ilə Sıçuan əyalətindəki Xichang Peyk Mərkəzindən orbitə buraxılıb.
Buraxılış Long March raketləri ilə yerinə yetirilən 492-ci missiya idi.
Çin “Yaogan-39” peyklərinin birinci qrupunu avqustun 31-də, ikinci qrupunu sentyabrın 17-də, üçüncü qrupunu isə oktyabrın 5-də kosmosa göndərib.