Çin "BeiDou" üçün kosmosa iki peyk göndərdi


Çin kosmosa "BeiDou" Peyk Yerləşdirmə Sisteminin (BDS) bir hissəsini təşkil edəcək iki peyk buraxıb.



"Sinxua" agentliyinin xəbərinə görə, Sıçuan əyalətindəki Xichang Peyk Mərkəzindən “Long March-3B” daşıyıcı raketi ilə iki “BeiDou-3” peyki kosmosa buraxılıb.

"BeiDou" şəbəkəsinin 57-ci və 58-ci hissələri olan peyklər orbital sınaqlar aparıldıqdan sonra işə salınacaq. Buraxılış "Long March" raketləri ilə həyata keçirilən 504-cü uğurlu nəqliyyat missiyası idi.

Çin hökuməti ABŞ-ın GPS qlobal yerləşdirmə sistemindən hərbi asılılığını azaltmaq üçün "BeiDou" Peyk Yerləşdirmə Sistemini (BDS) inkişaf etdirir.

Xatırladaq ki, "BeiDou" peyk şəbəkəsi üçün ilk peyk 2000-ci ildə buraxılıb. Dörd peykdən ibarət “BDS-1” şəbəkəsinin ardınca 20 peykdən ibarət “BDS-2”, 5 peykdən ibarət “BDS-3S” və 34 peykdən ibarət “BDS-3” şəbəkələri hazırlanıb.

“BDS-4” adlı yeni nəsil peyk şəbəkəsinin 2035-ci ilə qədər sistemə əlavə edilməsi hədəflənir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu