Çin "Tienmu-1" hava peyklərini orbitə çıxarıb


Çin kosmosa “Tienmu-1” peyk şəbəkəsinin hissələrini təşkil edən dörd meteoroloji peyk buraxıb.



Sinxua xəbər agentliyinin verdiyi məlumata görə, peyklər Kuaicou-1A daşıyıcı raketi ilə Qobi səhrasındakı Ciuchuen Peyk Mərkəzindən buraxılıb.

Buraxılış Kuaicou-1A raketi ilə həyata keçirilən 23-cü uğurlu nəqliyyat missiyası olub.

Adı Çin dilində "Ana Səma" mənasını verən "Tienmu" peyk şəbəkəsinə daxil olan ilk iki peyk yanvarın 9-da, dörd peykdən ibarət ikinci qrup martın 22-də, üçüncü qrup isə iyulun 20-də orbitə buraxılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu