Çin "Tienhui-5" Yer müşahidə peykini orbitə göndərib


Çin kosmosa çoxməqsədli Yer müşahidə peyki "Tienhui-5"-i orbitə göndərib.



Çinin Sinxua agentliyinin xəbərinə görə, peyk ölkənin şimalındakı Şaansi əyalətindəki Tayyuen Peyk Mərkəzindən Long Mart 6 raketi ilə orbitə buraxılıb.

Kosmosa buraxıldıqdan sonra peyk planlaşdırılan orbital mövqeyinə yerləşib. Müşahidə peyki coğrafi xəritəçəkmə, torpaq ehtiyatlarının izlənməsi, elmi təcrübələr və digər vəzifələr üçün istifadə olunacaq.

Buraxılış Long Mart raketləri ilə yerinə yetirilən 494-cü nəqliyyat missiyası idi.

Adı Çincə "səmaları çəkmək" mənasını verən "Tienhui" peyklərindən 10-u hazırda orbitdədir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu