Çin Yerin müşahidə peyki "Gaofin-12 04"-ü orbitə buraxıb
Çin kosmosa yüksək ayırdetməli optik yer müşahidə peykini - "Gaofin-12 04"-ü buraxıb.
"Sinxua" agentliyinin xəbərinə görə, "Long March 4B" daşıyıcı raketi ilə ölkənin şimal-qərbindəki Ciucuen Peyk Mərkəzindən buraxılan peyk planlaşdırılan orbital mövqeyinə enib.
Buraxılış "Long March" raketləri ilə 483-cü uğurlu nəqliyyat missiyasıdır.
Peykin kadastr, şəhərsalma, yol şəbəkəsinin layihələndirilməsi, məhsulun proqnozlaşdırılması, ətraf mühitin idarə edilməsi, fəlakətlərin monitorinqi və qarşısının alınmasında istifadə edilməsi nəzərdə tutulub.
Çin, kosmosdan daha aydın yer müşahidələri aparmaq üçün ilk dəfə olaraq 2010-cu ildə "Gaofin" peykləri istehsal etməyə başlayıb və ilk peyki olan "Gaofin-1" 2013-cü ildə kosmosa göndərilib.
Adı Çin dilində "yüksək ayırdetmə" mənasını verən "Gaofun" peyklərindən 33-ü hələ də aktivdir.