Çin "Fingyün-3" meteoroloji peykini orbitə buraxıb
“Fıngyün-3 06” peyki “Long March-4C” raketi ilə Qobi səhrasındakı Ciuçuen Peyk Mərkəzindən buraxılıb.
"Sinxua" agentliyinin verdiyi xəbərə görə, orbitə buraxıldıqdan sonra Günəş-sinxron orbitdə təyin olunmuş mövqedə qərarlaşan peyk hava proqnozu, fəlakətlərin qarşısının alınması, iqlim dəyişikliyi ilə mübarizə və ekoloji mühafizə xidmətlərini həyata keçirəcək.
Buraxılış "Long March" raketi ilə 481-ci uğurlu nəqliyyat missiyasıdır.
İlk dəfə 1988-ci ildə buraxılan "Fıngyün" meteoroloji peyklərindən kosmosa 4 nəsildən 22 peyk göndərilib.
Çin Aerokosmik Elm və Texnologiya Korporasiyasına (CASC) bağlı Şanxay Kosmik Uçuş Texnologiyaları Akademiyası (SAST) tərəfindən hazırlanmış peyklər Çin Meteorologiya İdarəsinin xidmətində istifadə olunur.