Çinin Ayın kəşfiyyat missiyalarında istifadə olunacaq peyki orbitə çatıb


Çinin kəşfiyyat vasitələrinin Yerlə əlaqəsini təmin etmək üçün Aya göndərdiyi ötürücü peykin orbitə çatdığı bildirilib.



Çin Milli Kosmos İdarəsindən (CNSA) verilən açıqlamada, "Çüeçiao-2" peykinin 112 saatlıq səfərdən sonra Aydan 440 kilometr uzaqlıqda orbitə daxil olduğu bildirilib.

Açıqlamada qeyd olunub ki, növbəti mərhələdə peykin hündürlüyü və mailliyi tənzimlənəcək və o, elliptik orbitdə planlaşdırılmış mövqeyinə yerləşəcək.

“Çuechiao-2” peyki martın 20-də “Long March-8” daşıyıcı raketi ilə Haynan adasındakı Vençanq Kosmik Mərkəzindən buraxılıb.

Çin Kosmik Texnologiyalar Akademiyası (CAST) tərəfindən hazırlanmış peyk CAST2000 peyk platformasının skeleti üzərində qurulub.

Təxminən 1,2 ton ağırlığında olan peyk 4,2 və 0,6 metr diametrli iki parabolik antenaya malikdir ki, onlardan biri Aydakı roverlərlə əlaqə saxlamağa, digəri isə məlumatların Yerə ötürülməsinə xidmət edəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu