Yıxılaraq başından xəsarət alan şəxs 14 gün sonra öldü


Xırdalan şəhərində evdə yıxılaraq başından xəsarət alan 40 yaşlı kişi xəstəxanada vəfat edib.

Sentyabrın 16-da Xırdalan şəhər sakini, 1986-cı il təvəllüdlü Mixail Alekseyeviç Zadorkin yaşadığı evdə ehtiyatsızlıq nəticəsində yıxılaraq başından xəsarət alıb.

Xəstəxanaya yerləşdirilən M.Zadorkin sentyabrın 30-da orada dünyasını dəyişib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu