ATS işçisi hasardan yıxılaraq öldü
Lökbatanda ATS işçisi hasardan yıxılaraq ölüb.
AFN.az xəbər verir ki, hadisə Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində baş verib.
Belə ki, rayon Avtomat Telefon Stansiyasının (ATS) işçisi, 1981-ci il təvəllüdlü qəsəbə sakini Səyyad Əli oğlu Rzayev hasarın üzərindən yıxılaraq aldığı xəsarətlərdən dünyasını dəyişib.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.


