Fəhlə hündürlükdən yıxılıb öldü


Tikintidə işləyən fəhlə hündürlükdən yıxılaraq ölüb.


Suraxanı rayon prokurorluğundan AFN.az-a bildirilib ki, fevralın 27-də rayon ərazisində Biləsuvar sakini Tərlan Əlizadənin hündürlükdən yıxılaraq xəsarət alması və aldığı xəsarətlərdən ölməsi barədə prokurorluğa məlumat daxil olub.

Araşdırmalarla müəyyən edilib ki, “North East Construction” MMC-nin Qaraçuxur qəsəbəsində inşa etdiyi hündürmərtəbəli binanın tikintisində fəhlə işləyən Tərlan Əlizadə iş vaxtı hündürlükdən yıxılaraq aldığı çoxsaylı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. İstintaq hərəkətləri davam etdirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu