Bakıda fəhlə hündürlükdən yıxılaraq öldü
Bakıda fəhlə hündürlükdən yıxılaraq ölüb.
AFN.az "Report"a istinadən xəbər verir ki, Sabunçu rayonu Kürdəxanı qəsəbəsinin ərazisində Bakı şəhər sakini 1962-ci il təvəllüdlü Kazım Qubad oğlu Baxışev fəhlə işlədiyi evin ikinci mərtəbəsindən yerə yıxılaraq ölüb.
Məlumata görə, aldığı ağır bədən xəsarətləri nəticəsində o, hadisə yerində dünyasını dəyişib.
Hazırda faktla bağlı araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.





