Gəncədə fəhlə hündürlükdən yıxılaraq ağır xəsarət alıb
Gəncə şəhərində 25 yaşlı kişi hündürlükdən yıxılaraq xəsarət alıb.
"Report"un Qərb mərkəzinin məlumatına görə, Gəncə şəhər sakini, 1991-ci il təvəllüdlü Qürbət Bayramov şəhərdəki ticarət mərkəzlərindən birinin ərazisində aparılan təmir-bərpa işləri zamanı hündürlükdən yıxılaraq ağır xəsarət alıb.
O, beyin sümüyünün açıq sınığı, kəllə-beyin qansızması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.