Tennessidə məhbusun edamı iki doza dərmana baxmayaraq reallaşmayıb



ABŞ-ın Tennessi ştatında edam məhbusu Krista Payka iki doza ölümcül dərman verilməsinə baxmayaraq edamın həyata keçirilə bilmədiyi və Paykanın xəstəxanaya aparıldığı bildirilib.

AFN.az xəbər verir ki, ABŞ mətbuatında yayılan məlumatlara görə, Paykanın vəkilləri ştatın Neşvill şəhərindəki Riverbend yüksək təhlükəsizlikli həbsxanasında müvəkkillərinin edam hökmünün icrası üçün iki şprislə pentobarbital preparatının tətbiq edildiyini bildiriblər.

Vəkillər buna baxmayaraq müvəkkillərinin şüurunu tam itirmədiyini və ürəyinin döyünməyə davam etdiyini qeyd ediblər.

Edamı izləyən jurnalistlər prosesin normaldan daha uzun sürdüyünü, vurulan iynələrə baxmayaraq Paykanın nəfəs alma və xoruldama kimi həyat əlamətləri göstərdiyini, edam otağını göstərən pərdənin isə bir neçə dəfə bağlandığını bildiriblər.

Payka daha sonra həbsxanadan kənarda yerləşən tibb müəssisəsinə göndərilib.

Tennessi qubernatoru Bill Li hadisənin araşdırılması barədə göstəriş verib, ştatda ilin qalan hissəsi üçün planlaşdırılan edamlar da araşdırma müddətində dayandırılıb.

Qeyd edək ki, Payka 1995-ci ildə 18 yaşında olarkən sinif yoldaşı Kolin Slemmeri öldürməkdə təqsirli bilinərək ölüm cəzasına məhkum edilmişdi.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu