“Turan Tovuz” – “Fənərbağça” oyununa 20 mindən çox bilet satılıb
“Turan Tovuz” və Türkiyənin “Fənərbağça” komandaları arasında keçiriləcək yoldaşlıq oyununa maraq böyükdür.
Klubdan verilən məlumata görə, bu günədək qarşılaşmaya 20 mindən çox bilet satılıb.
Qeyd edək ki, “Turan Tovuz” – “Fenerbahçe” oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək.
Xatırladaq ki, oktyabrın 3-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq.

