Tramp Səudiyyə Ərəbistanına təcili eniş edən təyyarədəki insidentdən danışdı
ABŞ Prezidenti Donald Tramp Dubaydan Təl-Əvivə gedərkən Səudiyyə Ərəbistanına təcili eniş edən təyyarədəki köməkçi pilotla bağlı onun ya terrorçu, ya da qeyri-stabil biri olduğunu və pilotu bıçaqladığını deyib.
AFN.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə Dubaydan Təl-Əvivə gedərkən Səudiyyə Ərəbistanına təcili eniş edən təyyarədə baş verən hadisə ilə bağlı açıqlama verib.
İsrailin Baş naziri Binyamin Netanyahu ilə bu mövzuda uzun söhbət etdiyini bildirən Trampın sözlərinə görə, köməkçi pilotun ya terrorçu, ya da qeyri-stabil biri olduğu və pilotu bıçaqladığı görünür.
Tramp bildirib ki, Netanyahu təyyarədəki israilli santexnikin kokpitdən gələn qışqırıqları eşitdikdən sonra vəziyyətə müdaxilə etdiyini deyib. Onun sözlərinə görə, sərnişin daha əvvəl heç vaxt təyyarə idarə etməyib, lakin idarəetməni ələ alaraq təyyarəni yuxarı qaldırıb və təyyarə düşməzdən əvvəl düz uçuşa keçməsini təmin edib.
Tramp qeyd edib ki, Netanyahu sərnişinin fövqəladə vəziyyətdə nə etməli olduğunu televiziya proqramından öyrəndiyini deyib.
Tramp bu barədə eşitdiyi məlumatın belə olduğunu, lakin bunun doğru olub-olmadığını bilmədiyini söyləyib.

