Tramp gələn həftə Netanyahu ilə görüşməyə hazırdır - media


ABŞ Prezidenti Donald Tramp gələn həftə İsrailin Baş naziri Benyamin Netanyahu ilə Vaşinqtonda görüşməyə hazır olduğunu bəyan edib.

AFN.az xəbər verir ki, bu barədə "Axios" portalı ABŞ liderinin müsahibəsinə istinadən məlumat yayıb.

Tramp Netanyahunun Ağ Evdə görüşmək xahişi ilə ona müraciət etdiyini və bu görüşün onun iyulun 7-8-də keçiriləcək Ankara NATO sammitindən qayıtmasından dərhal sonra baş tuta biləcəyini qeyd edib.

İsrail Baş naziri ilə münasibətlərinin yaxşı olduğunu deyən Tramp, ABŞ-İsrail münasibətləri kontekstində Netanyahunun burada kimin rəhbər olduğunu bildiyini vurğulayıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu